Olimpiadada yaxşı nəticələr əldə etmək üçün çalışırıq — Fərid Qayıbov

Medallar haqqında danışmaq istəmirəm. Bütün federasiyalar, məşqçilər, idmançılar – hamımız ölkəmiz, vətənimiz üçün yaxşı nəticələr əldə etməyə çalışırıq.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunları ilə bağlı danışarkən deyib.

Nazir Azərbaycan komandasının bayraqdarının hələlik bəlli olmadığını vurğulayıb: “Bir neçə gün sonra müəyyənləşəcək”.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək gerçəkləşəcək.

 

 

Gununsesi.info