
Rusiyalı reper və TikTok fenomeni Viktoriya Lerman vanna otağında qaynar su ilə yandırıldıqdan sonra faciəvi şəkildə ölüb. Gənc fenomenin ailəsi hadisənin qətl olduğunu iddia edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı Viktoriya Lerman Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərindəki evində sevgilisi tərəfindən ölü tapılıb.
Saatlarla krandan axan aşırı qaynar suyun altında qalan Lermanın bədəni ağır yanıqlara məruz qalıb.
Lerman ağır yanıqların yaratdığı ağrının şokundan huşunu itirib.
Başlanğıcda hadisə “təsadüfən ölüm” kimi qiymətləndirilsə də, Lermanın yaxın ətrafı hadisəni qətl kimi şərh edib. İstintaqı aparan səlahiyyətlilər hadisə yerində narkotik tapdıqlarını açıqlayıblar.
Krasnoyarsk diyarının İstintaq Komitəsi Lermanın sevgilisinin narkotik istifadə etdiyini və dəfn mərasiminə şübhəli bir şəkildə qatılmadığını bildirib.
Səlahiyyətlilər Victoria Lermanın ölümünün dəqiq səbəbini müəyyən etmək üçün yarılma nəticələrini gözlədiklərini bildiriblər. Hadisə həm sosial mediada, həm də yerli mətbuatda geniş işıqlandırılıb.
Günel Həsənova