“Azərbaycanla sülh sazişi vacibdir - Mirzoyan

“Cənubi Qafqazda sabit sülhün bərqərar olması üçün Azərbaycanla sülh sazişi vacibdir”.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Xorvatiyada keçirilən “Dubrovnik” forumunda Albaniyadan olan həmkarı İqli Hasani ilə görüşdə bildirib.

O, həmçinin İ. Hasanini Ermənistan-Azərbaycan normallaşması ətrafındakı vəziyyətlə bağlı məlumatlandırıb.

Qeyd edək ki, A. Mirzoyan iyulun 27-də Ermənistanın bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazır olduğunu bildirmişdi.

 

Gununsesi.info