Azərbaycan güləşçisi Avropa çempionatının qızıl medalını qazanıb

  • By ilhame
  • 29 İyun 2024 21:51

Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatında Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb.

 

Gununsesi.info xəbər verir ki, İsa Yusibov (65 kq) finalda rusiyalı Yasin Bersanukayevlə gərgin görüş keçirib.

 

Gəncə güləş məktəbinin yetirməsi 3:1 hesablı qələbəylə Avropa çempionu olub.

 

Bundan başqa Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) bürünc, Muxamad Qantemirov (110 kq) gümüş medala sahib çıxıb.

 

Beləliklə, sərbəst güləşçilər AÇ-nin son günü ərəfəsində 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Gununsesi.info