Samirənin ifası Vaqif Səmədoğlunun xanımını kövrəltdi

Ötən gün Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə müğənni Samirə Əfəndi sözləri Vaqif Səmədoğlu, musiqisi Mobil Babayevə məxsus “Sən gələndə” mahnısını ifa edib.

“Səs Azərbaycan” layihəsindəki təsirli ifasından sonra müğənni bu əsərə klip də çəkdirib, yeni aranjimanda təqdim etmişdi.

“Mobil Babayev dünyasını dəyişəndən 2-3 ay öncə biz görüşmüşdük. Vaqif Səmədoğlunun həyat yoldaşı bu mahnını bütün haqları ilə mənə hədiyyə edib” deyə, Samirə bildirib.

Əfəndinin ifası Səmədoğlunun həyat yoldaşı, şərqşünas Nüşabə Babayevanı təsirləndirib. O, gecədə göz yaşlarını saxlaya bilməyib.

 

Gununsesi.info