
“Krokus Siti Hall”ın yerində terrakt qurbanlarının xatirəsinə xiyaban, yaxud da qış bağı salınacaq.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyev bildirib.
Bildirilir ki, bu qərar “Krokus siti” mərkəzinin sahibləri ilə birgə alınmış qərardır.
Xatırladaq ki, həmyerlimiz Araz Ağalarovun sahibi olduğu “Krokus siti hall” da bu ilin mart ayında bir sıra qruplaşmaların koordinasiyalı hücumu nəticəsində 144 nəfər ölüb, 360 dan çox insan yaralanıb.
Xəqani
Gununsesi.info