Vladimir Solovyov ən qorxunc arzusunu dilə gətirdi

Rusiyanın bir nömrəli təbliğatçısı hesab edilən Vladimir Solovyov son açıqlaması ilə nəinki tamaşaçıları, hətta studiyada olan həmkarlarını şok edib.

Gununsesi.info– nun xəbərinə görə, o bunu müəllifi və aparıcısı olduğu “Vladimir Solovyovla axşam” tok – şousunda səsləndirib.

Belə ki, cəbhə xəttində fəaliyyət göstərən jurnalist Sladkov vəziyyətin heç də rus ordusunun xeyrinə olmadığını söyləməsi üzərinə, Solovyov Ukraynanın ən böyük dörd şəhərinin yer üzərindən silmək çağırışı edib. 

Onun fikrincə Kiyev, Odessa, Nikolayev və Xarkov şəhərləri xarabalığa çevrilməlidir.

 

Xəqani

Gununsesi.info