
“Ermənistan Vaşinqtonda NATO sammiti çərçivəsində xarici işlər nazirlərinin görüşünə dəvət alıb”.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen bildirib .
Bildirilir ki, tədbirə Azərbaycan da dəvət olunub.
Dövlət Departamentinin sözçüsünə görə, görüş “bütün NATO tərəfdaşları üçün” keçirilir, ona görə də Birləşmiş Ştatlar hər iki ölkənin iştirakını gözləyir. Ümumilikdə 30 ştatın iştirakı gözlənilir.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bəyan edib ki, respublika Vaşinqtonda tərəfdaşlar formatında NATO sammitinə, eləcə də alyansın 75 illiyi şərəfinə keçirilən digər tədbirlərə dəvət alıb və iştirakını təsdiqləyib.
Məlumata görə, NATO-nun yubiley sammiti iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.
Şəbnəm
Gununsesi.info