
İranda növbədənkənar prezident seçkisinin ilkin nəticələri islahatçı deputat Məsud Pezeşkianın rəqiblərindən önə çıxdığını göstərir.
İyunun 29-da səhər açıqlanan ilkin nəticələrə görə, Məsud Pezeşkian səslərin 43.5 faizini yığıb.
Sərt xətt tərəfdarı Səid Cəlili 37.7 faiz səs yığıb. Parlamentin keçmiş mühafizəkar spikeri Məhəmməd Bağer Qalibaf 14 faizlə rəqiblərindən xeyli geri qalır.
Keçmiş daxili işlər və ədliyyə naziri, sərt xətt tərəfdarı Mustafa Purməhəmmədi bir faizdən də az səs yığıb.
Namizədlərdən heç biri birinci raundda azı 50 faiz səs toplaya bilməsə, iyulun 5-də ikinci tur keçirilməlidir.