AVRO-2024: 1/8 final mərhələsində ilk oyun günü

Bu gün AVRO-2024-ün 1/8 final mərhələsinə İsveçrə – İtaliya, Almaniya – Danimarka görüşləri ilə start veriləcək.
Gununsesi.info xəbər verir ki, qrup mərhələsini beş xal toplayaraq ikinci pillədə başa vuran isveçrəlilər güclü rəqiblə oyuna qələbə üçün çıxacaqlar. İspaniya, Xorvatiya və Albaniya seçmələrinin qərarlaşdığı qrupun son matçında xorvatiyalılarla 1:1 hesablı heç-heçəyə razılaşan İtaliya millisi bu turda isveçrəliləri yolundan kənarlaşdıraraq son Avropa çempionu titulunu təsdiqləməyə çalışacaq.