Mingəçevirdə toy mərasimində ölüm hadisəsi olub

  • By ilhame
  • 29 İyun 2024 21:10

Mingəçevir şəhərində keçirilən toy mərasimində ölüm hadisəsi olub.

Gununsesi.info-nun Qərb bürosunun məlumatına görə, hadisə şadlıq saraylarının birində qeydə alınıb.

Mərasimdə qonaq qismində iştirak edən 1968-ci il təvəllüdlü R.Əsgərovun anidən vəziyyəti ağırlaşıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info