Azərbaycan idmançısı Avropa çempionatında gümüş medal qazanması barədə danışıb

  • By ilhame
  • 29 İyun 2024 21:28

Bolqarıstanda keçirilən yeniyetmə cüdoçular arasında Avropa çempionatının gümüş medalını qazanan Azərbaycan idmançısı Sübhan Axundov yarışla bağlı təəssuratlarını bölüşüb.

Gununsesi.info-nun Sofiyaya ezam olunan əməkdaşına açıqlama verən + 90 kq çəkidə çıxış edən cüdoçu, yarışa ciddi hazırlaşdıqlarını söyləyib.

“Yarışa ciddi hazırlaşmışdıq. Məqsədim çempion olmaq idi. Təəssüf ki, alınmadı. Rəqibimə taktiki cəhətdən məğlub oldum. İnşallah, gələcək yarışlarda qızıl medal qazanmağa çalışacağam” – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanın yeniyetmə cüdoçuları Bolqarıstanda keçirilən Avropa çempionatını fərdi yarışlara əsasən 4 medalla başa vurub. Oğlanlardan ibarət yığma medal sıralamasında ikinci olub.

Gununsesi.info