Qırğızıstanda sel nəticəsində azı beş nəfər ölüb

  • By ilhame
  • 28 İyun 2024 22:59

Qırğızıstanın Nookat rayonunda sel nəticəsində azı beş nəfər ölüb.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

“Nookat rayonunda leysanın səbəb olduğu sel nəticəsində azı 5 nəfər ölüb”, – nazirliyin nümayəndəsi bildirib.

 

Onun sözlərinə görə, bununla belə, ölən və yaralananların sayı barədə məlumatlar dəqiqləşdirilir.

Gununsesi.info