“Real”ın hücumçusu Qətər klubuna keçib

  • By ilhame
  • 28 İyun 2024 23:03

İspaniyanın “Real” (Madrid) komandasının hücumçusu Xoselu Qətərin “Al-Qarafa” klubuna keçib.

 

Gununsesi.info qətərlilərin mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı hücumçu yeni komandası ilə 2 illik müqavilə imzalayıb.

 

Bu transfer “Al-Qarafa” kollektivinə 1,5 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, “Real”ın heyətində 49 oyun keçirən Xoselu 17 qol vurub.

Gununsesi.info