İsveçrə – İtaliya matçının ən yaxşı futbolçusu bəlli olub

  • By ilhame
  • 29 İyun 2024 22:20

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final oyununun (2:0) ən yaxşı futbolçusu bəlli olub.

 

Gununsesi.info UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İsveçrə millisinin üzvü Ruben Varqas görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

 

25 yaşlı yarımmüdafiəçi komandasının ikinci qoluna imza atıb.

Gununsesi.info