Gürcüstanın təhsil, elm və gənclər naziri istefa verib

  • By Günel
  • 28 Sentyabr 2024 12:40

Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvari vəzifəsindən istefa verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Giorgi Amilaxvari bu gün keçirdiyi brifinqində məlumat verib.

O bildirib ki, bundan sonra özəl sektorda çalışacaq.

Qeyd edək ki, Giorgi Amilaxvari Gürcüstanın təhsil, elm və gənclər naziri vəzifəsinə 2023-cü il martın 20-də təyin edilmişdi.

Gununsesi.info