
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə səmərəli əməkdaşlıq və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr aparıb.
Gununsesi.info xəbər verir ki, bu barədə M.Cabbarov “X” hesabında yazıb.
“Davos İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəflə birlikdə BP şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşmək xoş oldu. Şirkətin yaşıl enerji keçidində fəal təmsilçiliyi, ölkəmizlə səmərəli əməkdaşlığı və birgə fəaliyyət istiqamətlərinin şaxələndirilməsi barədə müzakirələr apardıq”, – paylaşımda qeyd olunub.
Gununsesi.info