
Yapon boksçu İvao Hakamada həbsxana nə az, nə çox, düz 48 il edam olunacağı günü gözləyib, bununla da “Ginnesin Rekordlar Kitabı”na düşmüşdür.
Bəs buna səbəb nə idi?
Gununsesi.info xəbər verir ki, 48 il etmədiyi cinayət üzündən edam cəzası gözləyən bu yaponilayı boksçu, kitaba da məhz bu adla- “edam cəzasını ən çox gözləyən adam” kimi düşmüşdür.
Hadisənin təfərrüatları belədir:
Beləki, o, 1966-cı ildən həbsə məhkum olub.
30 iyun 1966-cı ildə onu işə götürənlərin birinin evində yanğın baş verir və Hakamada yanğını söndürməyə kömək edir. Amma yanğını söndürərkən ev sahibinin, həyat yoldaşının və iki uşağının bıçaq xəsarətləri olan meyidini aşkar edir. Bu zaman isə onun da paltarındakı qan izləri hadisəni özünün törətdiyi təəssüratlarını yaradır.
O, əvvəlcə günahkar olduğunu boynuna alsa da, sonradan məhkəmədə cinayətin boynuna zorla, döyülərək qoyulduğunu bildirir. Amma buna baxmayaraq, ona ölüm hökmü kəsilir.
Yaponiya qaydalarına görə edam hökmünə məhkum olunanlara tarixlə bağlı məlumat verilmir. Şübhəli boksçuya da nə vaxt edam olacağı deyilmir və o, hər gününü son gün kimi keçirir.
Amma araşdırmalara görə cəzanın tətbiqi də təxirə salınır.
Nəhayət, 2014-cü ildə DNT ilə sübut olunur ki, hadisəni Hakamada törətməyib və o, bərat alaraq 48 il sonra azadlığa çıxır.
Orxan Saffari