Şimali Koreya cənuba gedən bütün yolları kəsəcəyini bildirib…

Şimali Koreya iki ölkəni “tamamilə ayırmaq” məqsədi ilə çərşənbə günündən etibarən Cənubi Koreyaya avtomobil və dəmir yolu girişini kəsəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya ordusu cənub sərhədini həmişəlik bağlayacağını  və öz tərəfindəki əraziləri möhkəmləndirəcəyini söyləyib.

Qeyd edək ki, Koreya Xalq Ordusu (KPA) bu addımı “müharibənin qarşısını almaq üçün özünümüdafiə tədbiri” kimi qiymətləndirərək, bunun Cənubi Koreyadakı müharibə təlimlərinə və Amerikanın nüvə aktivlərinin regionda tez-tez mövcudluğuna cavab olduğunu iddia edib.

Orxan Saffari

Gununsesi.info