Amerikalı jurnalistdən iddia! "Bayden Netanyahuya söyüş söyüb" - FOTO

  • By Günel
  • 08 Oktyabr 2024 21:08

ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Binyamin Netanyahunu dəfələrlə yalan danışmaqda ittiham etdiyi və təhqiramiz ifadələr işlətdiyi iddia edilib.

 

Gununsesi.info xəbər verir ki, CNN telekanalında yer alan xəbərə görə, ABŞ jurnalisti Bob Vudvordun “Müharibə” adlı yeni kitabında Bayden və Netanyahu arasında son aylardakı görüşlər və pərdəarxası ilə bağlı məlumatlar yer alıb.

Kitabda bildirilir ki, Bayden və Netanyahu arasında münasibətlər bu ilin yazında kifayət qədər gərginləşib.

Bildirilib ki, aprel ayında telefon danışığı zamanı Bayden Netanyahudan Qəzza zolağı ilə bağlı strategiyasını soruşub və İsrailin baş naziri Rəfaha qurudan hücuma keçməli olduqlarını bildirib.

Kitabda İsrailin may ayında Qəzzanın Misir sərhədində yerləşən və məcburi köçkün fələstinlilərin sığındığı Rəfaha qurudan hücum etməsindən sonra Baydenin yaxın ətrafı ilə söhbətində Netanyahunu lənətlədiyi bildirilib.

ABDli gazeteciden bomba iddia Biden Netanyahuya küfür etti

Kitabda, həmçinin bildirilirdi ki, Bayden Netanyahu haqqında “yalançı və pis adam” kimi sözlər işlədib.

 

Günel Həsənova

Gununsesi.info