
Oktyabrın 8-də Fransanın Strasburq şəhərində Macarıstanın baş naziri Viktor Orbana Avropa Parlamentində keçirdiyi mətbuat konfransı zamanı hücuma cəhd edilib.
Gununsesi.info xarici mediaya istinadənəbər verir ki, Macarıstanlı fəal və müxalifətçi Macarıstan Demokratik Koalisiyasının şəhər şurasının üzvü Marton Njekicki Orbanın mətbuat konfransını pozmağa çalışıb.
Eyni zamanda o, Orbana qarşı “ölkəni Çinə və Rusiya Federasiyasına satmaqda” ittihamlar səsləndirib.
Belə ki, baş nazir Avropa Parlamentində immiqrasiyadan danışanda Njekicki Orbanın oturduğu kürsüyə qaçaraq onun tərəfinə əskinas kimi görünən bir yığın atıb.
“Ölkəni neçəyə satdınız? Siz ölkəni neçəyə satdınız, cənab baş nazir? Putinə satdı, Si Cinpinə satdı!” – deyə o, qışqırıb.
Bildirilir ki, Macarıstanın baş naziri xəsarət almayıb. Nekitski dərhal zaldan çıxarılıb.
Hadisəni şərh edən Orban deyib ki, “bir macar siyasətçi başqa birinə əclaf olduğunu dedikdə, bizim mədəniyyətimizdə bu, sadəcə “mən sizinlə razı deyiləm” deməkdir”.
Macarıstanın keçmiş baş naziri, Demokratik Koalisiyanın rəhbəri Ferenc Dyurcsany Facebook sosial şəbəkəsindəki səhifəsində Njekickinin hərəkətini dəstəkləyib: “Biz danışmışıq: biz həmişə və hər yerdə deyəcəyik ki, bu gün Macarıstanda xain hökumət var”.