
Cəmiyyətdəki insanı münasibətləri həm də etik qaydalar tənzimləyir.
Gununsesi.info hər kəsin bilməli olduğu etika qaydalarını təqdim edir:
1.Bir şəxsə zəng vurduğunuz zaman 4 dəfədən artıq yığmayın. Cavablandırmasa, vacib işi olduğunu düşünün və geri zəng etməsini gözləyin.
2.Aldığınız borc pulu borc sahibi xatırlatmadan əvvəl qaytarın. Bu sizin dürüst olduğunuzu göstərir.
3.Kimsə sizə yemək sirafiş edəndə menyudakı ən bahalı yeməklərdən seçim etməyin. Mümkünsə, onların seçdiklərindən sifariş edin.
4.Heç kimə şəxsi işləri ilə bağlı suallar verməyin. Məsələn, “Nə vaxt evlənirsən?”, “Uşağın yoxdurmu?”, “Niyə özünə ev almırsan?” və.s
5.Bir yerə daxil olduğunuz zaman arxanızca gələn varsa, qapını mütləq onun üçün də açın.
6.Qarşınızdakı insanın fikirlərini tam bitirməyini gözləyin. Hər kəsin fikrinə hörmət etməyi bacarın.
7.Cəmiyyət içində dostlarınızı əsla mühakimə etməyin.
8.Kimsə sizə telefonda şəkil göstərirsə, onu sağa və sola çevirməyin. Görməli olmamalı olduğunuz şəkillər ola bilər.
9.Kimsə sizinlə danışanda telefonla oynamayın.
10.Əgər gözünüzdə gün eynəyi varsa, çöldə kimləsə danışan zaman onu çıxardın.
Orxan Saffari