Toğanalı-Kəlbəcər tunelinin tikintisindən yeni xəbər

  • By admin
  • 09 Oktyabr 2024 08:32

Bir neçə aydır ki, Toğana- Kəlbəcər tunellərinin tikintisinin  dayandırilması barədə məlumat verilmişdi.

Gununsesi.info-nun əldə etsiyi məlumata görə, artıq tikinti işlərinin davamına yenidən start verilib.

Qeyd edək ki, tikinti işlərinin dayandırılmasına səbəb kimi Türkiyə şirkəti ilə yaranmış problem göstərilirdi.

 

Toğanalı-Kəlbəcər avtomobil yoluvə ya Toğanalı–Kəlbəcər–İstisuavtomobil yolu — Göygöl şəhərindən Kəlbəcər şəhərinə Murovdağ silsiləsindən keçərək gedən birbaşa avtomobil yolu. Avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayıb, Kəlbəcər rayonunun İstisu qəsəbəsində bitəcək.

Məlumata görə, təxminən 3000 metr qazılmamış məsafə qalıb.

Afət

Gununsesi.info