Seçki günü terror hazırlamaqda şübhəli bilinən əfqan kişi həbs edilib…

ABŞ-da seçki günü terror hücumu hazırlamaqda şübhəli bilinən əfqan kişi həbs edilib.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi İslam Dövləti qruplaşmasının adı ilə seçki günü hücum planlaşdırdığı iddia edilən şəxsi həbs edib.

Prokurorluğun məlumatına görə, şübhəli şəxs, 27 yaşlı Nasir Əhməd Tawhedi, Oklahoma şəhərində yaşayan Əfqanıstan vətəndaşıdır.

Qeyd edək ki, FTB onun odlu silah ehtiyatı toplamağa cəhd etdiyini və ailəsinin aktivlərini ləğv etmək, üzvlərini xaricə köçürmək üçün addımlar atdığını söyləyib.

Gununsesi.info