İspaniyalı cütlük futbol etirazı üçün aksiya keçirib

Sinqapurda ispaniyalı cütlük futbol etirazı üçün aksiya keçirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Sinqapurda bal ayını keçirən ispaniyalı cütlük dəstəklədikləri futbol klubunun sinqapurlu sahibinə etiraz etdikdən sonra saxlanılıb.

Onlar “Valencia CF”-nin sahibi milyarder Peter Limin evinin qarşısında biznes maqnatı tənqid edən pankart tutaraq özünün fotoşəkillərini yayımlayıb.

Qeyd edək ki, cütlük Sinqapur hava limanını tərk etməyə çalışarkən dayandırılıb və pasportları müsadirə edildi.

Cütlüyün hansı ittihamlarla üzləşdiyi hələlik məlum deyil. 

Orxan Saffari

Gununsesi.info