Bakı-Quba yolunda qəza baş verib, xəsarət alanlar var

  • By Günel
  • 08 Oktyabr 2024 19:41

Bakı-Quba yolunda qəza baş verib, iki nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, bunu APA-ya Baş DYP İdarəsinin inspektoru polis leytenantı Hacıyev Elvin bildirib ki, hadisə Bakı Quba yolunun 28-ci kilometrində baş verib.

“KİA SARENTO” markalı nəqliyyat vasitəsi piyada zolağından keçən iki qadını vurub.

Xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.