
İranın Mazandaran vilayətində 21 nəfər saxta spirtli içki qəbulu nəticəsində ölüb.
Ölənlərdən 18-nin kişi, 3-nün qadın olduğu bildirilib. Qeyd olunub ki, 284 nəfər metil spirti qəbul etdiyindən zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.
Gununsesi.info -nun İran Tələbə Xəbərləri Şəbəkəsinin (SNN) xəbərinə görə, Mazenderan Ədli Tibb Baş direktoru Əli Abbasi vilayətdə 21 nəfərin metil spirtinin səbəb olduğu ağır zəhərlənmə nəticəsində öldüyünü bildirib.
Ölənlərdən 18-nin kişi, 3-nün qadın olduğunu bildirən Abbasi, metil spirtinin istehlakının korluğa, böyrək çatışmazlığına və ölümə səbəb olduğunu bildirib.
Mazenderan Sağlamlıq Elmləri Universitetinin Müalicə şöbəsinin müdiri Resul Zafermend qeyd edib ki, 284 nəfər metil spirti qəbul etdiyindən zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib.
İranlı həkim bildirib ki, ölənlərdən başqa 4-ü görmə qabiliyyətini itirib, 81-i isə böyrək çatışmazlığı səbəbindən dializə girib.
Spirtli içkilərin qadağan edildiyi İranda qaçaqmalçılıq yolu ilə gətirilən içkilərdə etil spirti əvəzinə daha ucuz olduğu üçün bəzən metil spirtinin istifadə edildiyi və bunun ölümlərə və görmə qabiliyyətini itməsinə, həmçinin, zəhərlənmələrə səbəb olduğu bildirilir.
Günel Həsənova
Gununsesi.info