Naxçıvan MSK-nın sədri vəfat etdi

  • By Günel
  • 08 Oktyabr 2024 23:21

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, o, ağır xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək, Əkrəm Hüseynzadə 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirmişdi. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və filologiya üzrə fəlsəfə doktoru idi.

Gununsesi.info