Yeni parlament AŞ PA-da təmsilçilik üçün deputat qrupunu təsdiqləmədi - ÖZƏL

  • By admin
  • 05 Oktyabr 2024 11:52

VII Çağırış Milli Məclis  ayrı-ayrı ölkələrin parlamentləri ilə dostluq qruplarını, həmçinin beynəlxalq təşkilatların parlament assambleyasındakı nümayəndə heyətlərini təsdiq edib. 

Gununsesi.infonun məlumatınma görə, yalnız Avropa Şurasının Parlament Assambleyasına nümayəndə heyətinin üzvləri seçilməyib.

Azərbaycanın ATƏT PA, Türk PA, MDB PA, Asiya PA -da təmsilçilik üçün nümayəndə heyətləri və sədrləri müəyyənləşsə də lakin AŞ PA prosesdən kənarda saxlanılıb.

Buna səbəb isə Azərbaycanla Avropa Şurası arasındakı gərginlikdir.

Nümayəndə heyətimizin bu qurumdakı mandatının 1 illik dondurulmasında sonra Azərbaycandan Avropa Şurasına ağır ittihamlar səsləndirilib.

AŞ PA-nın bir neçə gün əvvəl işinə başlayan sessiyasında Azərbaycan növbəti dəfə insan haqlarının durumuna görə tənqid edilib.

Hökumət isə bu tənqidləri rədd edir və Avropa Şurasını bir sıra ölkələrin Azərbaycana qarşı təziyiq vasitəsi hesab edir.

Afət Abbasova

Gununsesi.info