Çin ABŞ-ı ittiham edib - Tayvanı müharibəyə sövq edir

ABŞ Tayvana hərbi yardım və silah təchizatını davam etdirməklə onu addım-addım təhlükəli müharibə həddinə doğru itələyir.

Gununsesi.info xəbər verir ki, Çin Müdafiə Nazirliyinin sözçüsü Vu Qian deyib.

Onun sözlərinə görə, bu, “bir Çin” prinsipinin və üç birgə Çin-Amerika kommünikesinin kobud şəkildə pozulmasıdır:“Bu, Çinin suverenliyini və təhlükəsizlik maraqlarını ciddi şəkildə təhdid edir, həmçinin Tayvan boğazında sülh və sabitliyi pozur”.

Bundan əvvəl ABŞ prezidenti Co Bayden Tayvana hərbi yardım göstərmək üçün 567 milyon dollar ayrılması barədə göstəriş vermişdi.

Qeyd edilir ki,  Tayvan ABŞ-dan gəmi əleyhinə Harpoon qanadlı raketlərinin ilk partiyasını alıb.

 

 

Gununsesi.info