
Bugün Mili Məclis bir neçə məhkəmə instansiyasına yeni hakimlər təyin edilib.
Gununsesi.info bildirir ki, bu məsələnin müzakirəsi zamanı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Ali Məhkəmə hakimi təyin olunan İlqar Cəfərov haqqında danışıb:
“Müzakirəyə çıxarılmış məsələ ilə bağlı diqqətimi çəkən bir məqam ondan ibarət oldu ki, Ali Məhkəməyə üzv təyin olunan İlqar Cəfərov xüsusi qaydada təyin olunur. Yəni hakimlərin seçilməsinin ümumi qaydasından kənar formada. Doğrusu bilmirəm Ali Məhkəmənin artıq neçə üzvü bu qaydada təyin olunub. İlqar Cəfərovun son iş yeri Ədliyyə Nazirliyinin icra baş idarəsi olub. Mən, onu tələbəlik illərindən savadlı bir hüquqşünas kimi tanıyıram. Amma çox təəssüf ki, onun bu idarənin rəisi olduğu dövrdə məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət yaxşıya doğru əhəmiyyətli miqyasda dəyişmədi”.
Gununsesi.info