Salyanda avtomobil kanala aşıb, sürücü ölüb

  • By Günel
  • 08 Oktyabr 2024 20:02

Salyanda avtomobil kanala aşıb, sürücü ölüb.

Gununsesi.info – nun APA-ya istinadən məlumatına görə, hadisə Salyan rayonunun Yenikənd kəndi ərazisində baş verib. Salyan sakini, 38 yaşlı Ruslan Nəcəfov idarə etdiyi “VAZ 21015” markalı avtomobildə idarəetməni itirib və maşın kanala aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info