Şimali Koreyabu bu ölkə ilə yolları bağlayacaq

KXDR hakimiyyəti Cənubi Koreya ilə avtomobil və dəmir yollarını bağlayacaq və sərhədi qalaya çevirəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Koreya Xalq Ordusunun (KPA) Baş Qərargahının bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Cənubi Koreyaya bitişik sərhədin “daimi olaraq bağlanması və bloklanması” qərarı özünümüdafiə, müharibənin qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirdir.

Oktyabrın 9-da 14-cü Ali Xalq Məclisinin (SPA) 11-ci sessiyası zamanı Roh Qvanq Çol Şimali Koreyanın yeni müdafiə naziri təyin edilib.

Bundan əvvəl ölkə lideri Kim Çen In ABŞ və Cənubi Koreyanın güc tətbiq etməyə çalışacağı təqdirdə Şimali Koreyanın nüvə silahından istifadə edəcəyini bildirmişdi.

 

 

 

Gununsesi.info