Həmidə Ömərova: "Oğlum dedi ki, ya o qızla evlənəcəm, ya da heç vaxt ..."- VİDEO - FOTO

  • By Günel
  • 08 Oktyabr 2024 20:12

Xalq artisti Həmidə Ömərova ilk dəfə gəlini Züleyxadan danışıb.

Gununsesi.info BAKU.WS – ə istinadən xəbər verir ki, aktrisa “Evdəkilərə salam” verilişinə gəlini ilə qatılıb.

Veriliş zamanı Ömərova gəlinində xeyli razılıq edib.

O, oğlu Rəhimin Züleyxanı çox sevdiyini və başqa heç bir qızla evlənmək istəmədiyini bildirib.

“Oğlum dedi ki, ya o qızla evlənəcəm, ya da heç vaxt evlənməyəcəm…” – deyə Xalq artisti qeyd edib.

Xatırladaq ki, Rəhimlə Züleyxa iki il əvvəl 2022-ci ilin iyununda ailə qurub.

Gununsesi.info