
Yaponiya hökuməti növbədənkənar iclasda parlamentin buraxılması haqqında qərar imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, sənədi Nazirlər Kabinetinin bütün üzvləri imzalayıb.
Bundan sonra parlamentdə Yaponiyanın baş naziri Şiqeru İşiba ilə müxalifət partiyalarının rəhbərləri arasında debatın keçiriləcəyi gözlənilir.
Debat tələb olunan 45 dəqiqə deyil, 80 dəqiqə davam edəcək.
Sonra aşağı palatanın iclasınd onun buraxılması elan ediləcək.