Putin müdafiə nazirinə yeni müavinlər təyin etdi

  • By ilhame
  • 17 İyun 2024 20:49

Rusiya Prezidenti Vladimir Putin Leonid Qornini ölkənin müdafiə nazirinin birinci müavini təyin edib.

Gununsesi.info xəbər verir ki, Putin bununla bağlı sərəncam imzalayıb.

Rusiya lideri, həmçinin Anna Tsivileva, Pavel Fradkov və Oleq Savelyevi müdafiə nazirinin müavinləri təyin edib.

Bununla yanaşı, Putinin sərəncamına əsasən müdafiə nazirinin 12 müavini olacaq. Bundan əvvəl isə Müdafiə Nazirliyinin rəhbərinin 11 müavini var idi.

Gununsesi.info