Mingəçevirdə qayığın yanması nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb

  • By ilhame
  • 16 İyun 2024 10:57

Mingəçevirdə qayığın yanması nəticəsində xəsarət alanların son vəziyyəti açıqlanıb.

 

Gununsesi.info-ya TƏBİB-dən bildirilib ki, Mingəçevirdə baş verən hadisə ilə əlaqələr 15.06.2024-cü il tarixində saat 20:20 radələrində 10 nəfər (3-ü qadın cinsli, 7-si kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

 

Yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 8 nəfər (3-ü qadın cinsli, 5-i kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb.

 

Hazırda 2 nəfərin (kişi cinsli) müalicəsi tibb müəssisəsinin müvafiq şöbələrində davam etdirilir. Vəziyyətləri stabildir.

Gununsesi.info