Qəbələdə zəncirvari yol qəzası baş verib, iki əcnəbi turist ölüb

  • By ilhame
  • 15 İyun 2024 21:24

Qəbələdə zəncirvari yol qəzası baş verib, iki əcnəbi turist ölüb.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə bu gün axşam saatlarında Qəbələ-Ağdaş avtomobil yolunda qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan iki “Mercedes” markalı minik avtomobilinin və yük avtomobilinin toqquşması nəticəsində iki əcnəbi turist ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info