Binəqədidə kanalizasiyaya düşən gəncin meyidi Hövsanda tapıldı

  • By Günel
  • 28 İyun 2025 21:44

Bakının Binəqədi rayonu, “Baksol yolu” adlanan ərazidə kanalizasiyaya düşən gəncin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, onun meyiti Hövsan qəsəbəsinin ərazisində aşkar olunub.
Qeyd edək ki, hadisə iyunun 26-da baş verib, 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya kollektoruna düşüb.