İsrail Qəzzaya hava zərbəsi endirdi - 72 nəfər öldü

  • By Günel
  • 27 İyun 2025 19:58

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində azı 72 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

“Son 24 saat ərzində Qəzza zolağında 72 nəfərin cəsədi təhvil verilib. Həmçinin 174 yaralı xəstəxanalara çatdırılıb”, – deyə, məlumatda qeyd olunur.

Gununsesi.info