
Rusiya Federasiya Şurasının senatoru və Əfqanıstan Veteranları İttifaqının rəhbəri Frans Klintseviç İrəvan hava limanında geri qaytarılıb və Ermənistana buraxılmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə KP.RU məlumat yayıb.
O deyib: “Sərhədçilər mənə girişin qadağan olunduğunu dedilər. Mən Əfqanıstan veteranlarına abidə ucaltmaqda köməklik edən insanlarla görüşməyə gəlmişdim. Şənbə günü evə qayıtmalı idim. Nəticədə cümə günü Moskvaya uçuram”.
Onun sözlərinə görə, qəfil girişinə qadağa qoyulmasının səbəblərini ona heç kim deməyib. Siyasətçi isə qeyd edib ki, sərhədçilər özlərini yaxşı aparıblar.