İmişlidə yanğın oldu

  • By Günel
  • 27 İyun 2025 19:46

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yanğın olub.

Bu barədə Gununsesi.info-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları və altında yığılan 8 ton ot bağlaması yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info