Rusiyada OMON-çuların saxladığı azərbaycanlıların həbsxanadan görüntüləri

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb.

Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, görüntülər cəzaçəkmə müəssisələrinin birində lentə alınıb və sosial şəbəkədə paylaşılıb.

Məlumata görə, həmyerlilərimiz 1 həftə əvvəl Novosibirsk bazarında saxlanılıblar. Onlar OMON dəstəsi tərəfindən tutulduqlarını bildiriblər.

Azərbaycanlıların hansı səbəbdən həbs olunduğu barədə məlumat yoxdur.