Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

  • By Admin2
  • 27 İyun 2025 15:44

Almaniyanın Moskvadakı səfiri Aleksander Lambsdorf iyunun 27-də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya diplomatik qurumundan məlumat verilib.

Bildirilib ki, səfir rusiyalı jurnalistlərin təqibinə görə Rusiyanın cavab tədbirləri barədə məlumatlandırılacaq.

Gununsesi.info