Eldar Əzizov Bakıdakı partlayışla bağlı "Olmamalıydı, oldu" - VİDEO

  • By Günel
  • 27 İyun 2025 00:58

“Hadisənin baş vermə səbəbini birmənalı şəkildə demək indi mümkün deyil”.

Gununsesi.info -nun xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov “Azərbaycanfilm” kinostudiyasının həyətində baş verən partlayış və yanğınla bağlı danışarkən deyib.

O qeyd edib ki, ekspertlərin rəyini gözləmək lazımdır:

“Fövqəladə Hallar Nazirliyinin ekspertləri işləyirlər, onlar hadisə yerindədirlər. Yəqin, səhərə yaxın nəsə biləcəyik. Hər halda olmamalıydı, amma oldu da”, – Eldar Əzizov hadisə yerində İTV-yə bildirib.

Gununsesi.info