Rusiyada baş nazirin keçmiş köməkçisi tutuldu

  • By Günel
  • 28 İyun 2025 21:16

Kazanda Tatarıstanın baş nazirinin keçmiş köməkçisi İlgiz Latipov həbs edilib.

Gununsesi.info Rusiya mətbutına istinadən xəbər verir ki, sabiq məmur rüşvətxorluqda ittiham olunub.

O, şübhəli şəxs qismində avqustun 25-də saxlanılmışdı.

Məhkəmədə təqaüdçü və işsiz olduğunu bildirən Latipov ev dustaqlığına buraxılmasını istəyib.

Məhkəmə onun vəsatətini qəbul etməyib.

Gununsesi.info