Kinostiduya fəaliyyətini davam etdirirmi?

  • By Admin2
  • 27 İyun 2025 17:45

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası dünənki patlayışdan sonra hazırda gündəlik fəaliyyətlərini davam etdirdikləri ilə bağlı məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə kinostudiyadan Globalinfo.az-a bildirilib.

Məlumata görə, hadisə uzun müddət istifadə olunmayan anbarda baş verib:

“Azərbaycanfilm” kinostudiyasının binası zərər görməyib, xəsarət alan yoxdur”.

Həmçinin vurğulanıb ki, kinostudiya gündəlik fəaliyyətini davam etdirir:

“Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin “Molla Nəsrəddin – çətin günlərimin dostu” filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur”.

Xatırladaq ki, dünən gecə saatlarında kinostudiyanın pirotexnika anbarında partlayış olub.

 

Gununsesi.info