Dünyanın ən zəngin 50 qadınının siyahısı açıqlandı

  • By Günel
  • 28 İyun 2025 20:50

“Forbes” jurnalı dünyanın 50 ən zəngin qadınının siyahısını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, reytinqdə birinci yeri sərvəti 38,8 milyard dollar dəyərində qiymətləndirilən isveçrəli 80 yaşlı Rafaela Aponte-Diamant tutur. O, həyat yoldaşı ilə birlikdə 136 mindən çox işçisi olan “Mediterranean Shipping Company” gəmiçilik korporasiyasını qurub.

İkinci yeri ABŞ-də dam örtüyü və tikinti materiallarının ən böyük tədarükçülərindən biri olan “ABC Supply” şirkətinin həmtəsisçisi amerikalı Dayan Hendricks (22,3 milyard dollar) tutub.

“Forbes”in məlumatına görə, 2025-ci ildə reytinqə daxil olmaq üçün ən aşağı hədd 2,1 milyard dollar olub. Siyahıda ABŞ və Çinin hər birinin 18 təmsilçisi var.

Ən zəngin qadınların ümumi sərvəti 276 milyard dollardır.

Gununsesi.info