
Rəsmilər Bakıda partlayış və yanğın baş verən əraziyə gəliblər.
Gununsesi.info xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) direktoru Rəşad Əzizov və paytaxtın xidmət rəisləri hadisə yerində olublar.
Rəsmilər hadisənin baş verdiyi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyətinə baxış keçiriblər, yanğının və partlayışın baş vermə səbəbləri ilə maraqlanıblar.
Qeyd edək ki, iyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddətdir istifadə olunmayan anbarda partlayış hadisəsi baş verib. Daha sonra yanğın başlayıb. Yanğın söndürülüb.