İran ölkənin daha iki hissəsində hava məkanını açdı

  • By Günel
  • 28 İyun 2025 19:24

İran ölkənin mərkəzi regionu və qismən qərb bölgəsi üzərində beynəlxalq uçuşlar üçün hava məkanını açıb.

Gununsesi.info xəbər verir ki, bu barədə İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyinin nümayəndəsi Məcid Əxvan məlumat verib.

Onun sözlərinə görə, hazırkı şəraitdə təhlükəsizlik məqsədi ilə ölkənin şərq hissəsinin daxili, beynəlxalq və tranzit uçuşlar üçün istifadə olunan hava məkanı ilə yanaşı, ölkənin mərkəzi və qərb ərazilərinin bir hissəsinin hava məkanı yalnız beynəlxalq və tranzit reyslər üçün açılıb.

Gununsesi.info